AZ

İsrail ordusu HƏMAS-ın hərbi qanadının liderini məhv edib 

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzada HƏMAS təşkilatının hərbi qanadının lideri Məhəmməd Odəhə zərbə endirib.

"Ölkə.az" xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu hücum barədə açıqlama verib.

"Biz indicə Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbəri və 7 oktyabr qırğınının təşkilatçılarından biri olan Məhəmməd Odəni vurduq", - deyə bəyanatda bildirilir.

Məhəmməd Odəh radikal təşkilatın silahlı qanadının lideri vəzifəsində cəmi bir həftə çalışıb. İsrail müdafiə naziri İsrael Katz sosial media platforması X-də yazıb ki, mayın 19-da o, təxminən iki həftə əvvəl İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına hücumu zamanı həlak olan İzzəddin əl-Həddadı əvəz etmək üçün təyin edilib. Odəh əvvəllər Əl-Qəssam Briqadalarının hərbi kəşfiyyatına rəhbərlik edib və 7 oktyabr hücumunun hazırlanmasında iştirak edib.

Elvin
Ölkə.az

Seçilən
29
olke.az

1Mənbələr