AZ

Çin və Serbiya strateji tərəfdaşlığını genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin və Serbiya strateji tərəfdaşlığını genişləndirir.

Banco.az xəbər verir ki, Çin ilə Serbiya iki ölkə arasında “müştərək gələcəyi paylaşan birlik” kimi xarakterizə olunan hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Çin Dövlət Başçısı Şi Cinpin Pekində Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Şi Cinpin görüş zamanı qarşılıqlı etimad və dəstəyin artırılması ilə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasını istədiklərini bildirib. O vurğulayıb ki, iki ölkə arasında ortaq rifah və taleyin birliyi prinsipi əsasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi hədəflənir.

Aleksandar Vuçiç isə Serbiyanın müstəqilliyi və suverenliyinin qorunması məsələsində Çinin dəstəyini unutmayacaqlarını bildirib və Çin şirkətlərinin ölkəsinin inkişafına verdiyi töhfələrə görə təşəkkür edib.

Görüşdən sonra siyasi münasibətlər, iqtisadiyyat, ticarət, elm, texnologiya, təhsil, ədliyyə və mədəniyyət sahələrini əhatə edən 20-dən çox əməkdaşlıq protokolu imzalanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
82
banco.az

1Mənbələr