AZ

Cavid Gül tıxacda əsəbiləşdi: “1 km yolu 1 saata getdim”

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Cavid Gül paytaxtda yaranan sıx tıxaclardan şikayətlənib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq Afiyəddin Cəlilov küçəsi istiqamətində hərəkət edərkən uzun müddət tıxacda qaldığını bildirib:

“Afiyəddin Cəlilov küçəsi, "Megafun"dan yola çıxmışam, artıq 45-ci dəqiqəyə keçib. Hələ də Afiyəddin Cəlilovdayam. Hər gün bu yaşanmaqdadır. Dörd zolaqlı 8 Noyabr prospekti gəlib 2 zolaqlı Afiyəddin Cəlilovda ilişir. Qarşıdakı işıqforu da sanki 3-4 saniyəlik qoyublar. Hər gün bu problem var. 45 dəqiqəyə 900 metr gəlmişəm”.

Cavid daha sonra paylaşdığı digər videoda isə vəziyyətin daha da ağırlaşdığını vurğulayıb:

“Rekordu yeniləyək, bayaq 45 dəqiqəyə 900 metr yol qət etmişdim. Hazırda isə 1 km yolu 1 saat 2 dəqiqəyə getmişəm. 17 dəqiqəyə 100 metr yol qət etmişəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
axsam.az

3Mənbələr