Ceyhun Bayramov İshaq Darla görüşdü
Ajans.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" səhifəsində paylaşılıb. Görüşdə tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər, iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq və qardaşlıq münasibətlərinin önəmi vurğulanıb. Həmçinin iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, müdafiə sənayesi, humanitar sahələr və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. 