AZ

Naxçıvan idmançısı ölkə birincisi olub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 26 may, AZƏRTAC

Şamaxı Olimpiya Mərkəzində kadetlər arasında ölkə birinciliyinin final mərhələsi keçirilir. Yarışda 57 komandadan, ümumilikdə, 159 boksçu iştirak edir. Naxçıvandan baş məşqçi Elnur Kərimli və zona birinciliyinin qalibi olmuş iki idmançı təmsil olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvanı təmsil edən idmançılardan biri mükafatçılar sırasına düşüb. Sadiq Xəlilov 54 kiloqram çəki dərəcəsində keçirdiyi 3 görüşün hər birində qalib gəlməklə birinci yerə sahib çıxıb.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
azertag.az

1Mənbələr