NATO ölkələri müdafiə nazirlərinin iclası iyunun 18-də Brüsseldə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin məlumatında bildirilib.
"Müttəfiq ölkələrin müdafiə nazirləri 18 iyun 2026-cı ildə NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcək. İclas NATO-nun baş katibi Mark Ruttenin sədrliyi ilə keçiriləcək", - məlumatda qeyd olunub.
Görüş Türkiyədəki sammitə və Ukraynaya dəstəyə həsr olunacaq.