AZ

Mikro, kiçik və orta biznes subyektlərinə faiz subsidiyaları ilə verilən kreditlərin məbləği 20 faiz artırılacaq

BAKI, 26 may. TELEQRAF

Azərbaycanda 2027-2028-ci illərdə mikro, kiçik və orta biznes subyektlərinə faiz subsidiyaları ilə verilmiş kreditlərin məbləğinin illik 20 faiz artması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, MKOB-ların maliyyəyə çıxışının yaxşılaşdırılması məqsədilə faiz subsidiyalarından effektiv istifadə edilməsiməqsədilə Subsidiyaların kredit bazarına və maliyyə institutlarının fəaliyyətinə təsirləri təhlil ediləcək.

Bundan əlavə bütün dövlət maliyyə dəstəyi proqramlarını birləşdirən platforma istifadəyə veriləcək. Eləcə də mikromaliyyə təşkilatı meyarlarına uyğun ən azı 2 kredit təşkilatı fəaliyyətə başlayacaq.

Beləliklə, 2030-cu ilə qədər maliyyə institutundan ən azı bir cari krediti və ya kredit xətti olan mikro, kiçik və orta biznes subyektlərinin - MKOB-ların bütün MKOB-ların sayına nisbətinin 36 faizə çatdırılması nəzərdə tutulur.

Seçilən
16
teleqraf.com

1Mənbələr