AZ

“Mingəçevir”in böyük üstünlüyü

I Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.

Sportal.az xəbər verir ki, nəticəsi ləğv olunan “Zaqatala” – MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub.

Sonuncu – XXVII turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.

Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.

14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. I Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.

Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanan “Şəfa” 3-cü olub.

 

klub

tamaşaçı

oyun

orta

1

Mingəçevir

11520

14

823

2

Zaqatala

4360

13

335

3

Şəfa

3070

14

219

4

Səbail

2060

14

147

5

MOİK

1240

13

95,4

6

Baku Sportinq

1135

14

81,1

7

Difai

915

13

70,4

8

Şahdağ Qusar

510

13

39,2

9

Cəbrayıl

440

13

33,8

10

Şimal

460

14

32,9

 

cəmi

25710

135

190

saytlarin hazirlanmasi

Seçilən
9
1
sportal.az

4Mənbələr