AZ

Rusiya-Qazaxıstan sərhədində Qurban bayramı tıxacı: Minlərlə insan...

Rusiya-Qazaxıstan sərhədində nəhəng tıxac yaranıb. Minlərlə insan Qurban bayramı öncəsi evinə çatmağa çalışsa da, kilometrlərlə uzanan avtomobil növbəsində saatlarla gözləməli olur.

Publika.az xəbər verir ki, bu barədə “Krıvavaya barınya” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, nəqliyyat kollapsı Qazaxıstanın Aktobe vilayətində yerləşən “Jaysan” - “Saqarçin” beynəlxalq sərhəd-keçid məntəqəsində baş verib. Rusiya tərəfində yüzlərlə avtomobil toplanıb.

Havanın həddindən artıq isti keçməsi və uzun gözləmə səbəbindən bəzi sürücülər avtomobillərini saxlayaraq sərhədi piyada keçməyə üstünlük verirlər.

Aktobe vilayətinin Dövlət Gəlirləri Departamentindən bildirilib ki, vəziyyətin ağırlaşmasına yük və minik avtomobilləri üçün ayrıca zolaqların olmaması səbəb olub. Qeyd edilib ki, əsas səbəb Mərkəzi Asiya ölkələrindən olan əmək miqrantlarının Qurban bayramı öncəsi kütləvi şəkildə vətənlərinə qayıtmasıdır.

Seçilən
15
publika.az

1Mənbələr