AZ

“Yuventus” Alissona təklif göndərdi

“Yuventus” “Liverpul”un qapıçısı Alisson Bekkeri transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubu braziliyalı qolkiper üçün 5 milyon avroluq ilk təklifini göndərsə də, İngiltərə təmsilçisi onu 20 milyon avro dəyərində qiymətləndirir.

“Yuventus”un Alissona 3 illik müqavilə və illik 4,5 milyon avro maaş təklif etməyə hazırlaşdığı qeyd olunur.

Transfer baş tutmasa, Turin təmsilçisinin alternativ variantı David de Xeadır.

Seçilən
28
idmanxeber.az

1Mənbələr