AZ

Uşaq bağçalarında qalmaqal: 100-dən çox zorakılıq və təcavüz

Fransa uşaq bağçaları və ibtidai məktəblərində çalışan nəzarətçi heyətə qarşı ciddi ittihamlar irəli sürülüb.

Publika.az "The Guardian"a istinadla xəbər verir ki, onlarla dövlət müəssisəsində çalışan “monitor”ların uşaqlara qarşı zorakılıq, seksual təcavüz və hətta zorlamaya qədər uzanan cinayətlərdə şübhəli bilinməsi ölkədə böyük qalmaqal yaradıb.

Paris prokurorluğu bildirir ki, hazırda 100-dən çox şikayət üzrə araşdırma aparılır. İttihamlar əsasən uşaq bağçaları, ibtidai məktəblər və məktəbdənkənar mərkəzlərdə baş verən fiziki və seksual zorakılıqları əhatə edir. Paris prokuroru Lör Bekkuo qeyd edib ki, 84 uşaq bağçası, təxminən 20 ibtidai məktəb və 10-a yaxın məktəbdənkənar mərkəz üzrə istintaq açılıb.

Vəkillərin məlumatına görə, araşdırılan hadisələr arasında 3 və 4 yaşlı uşaqlara qarşı zorlamaya dair ağır ittihamlar da var.

Valideyn təşkilatları uzun illərdir bu problemlə bağlı xəbərdarlıq etdiklərini, lakin şikayətlərin ciddi qəbul olunmadığını bildirirlər. Onların sözlərinə görə, kadr seçimində və yoxlamalarda olan boşluqlar bu zorakılıqların davam etməsinə şərait yaradıb.

Seçilən
12
publika.az

1Mənbələr