AZ

Baku TV Xocavənd sakinlərinin qonağı oldu: "Bacarıqlı adam hər yerdə özünə güzaran qura bilər"

"Şükür ki, bu gün biz Qarabağ torpağındayıq. Allah bir də bizə pis günləri nəsib etməsin".

Bu sözləri Xocavənd sakini Gülşən Mustafayeva doğma yurduna qayıtmağın sevincini Baku TV ilə bölüşərkən deyib.

O, Qarabağın işğal altında olduğu dövrdə ağrılı-acılı günlər yaşadıqlarını vurğulayaraq, artıq gələcəyə ümidli olduğunu bildirib:

"Bacarığı olan adamlar hər yerdə özünə gün-güzaran qura bilərlər. Bacarığı olmayanlar isə imarətdə də yaşasalar heç nə etməyəcəklər. Biz istənilən yerdə özümüzə şərait yarada bilərik".

Seçilən
25
far.az

1Mənbələr