AZ

Trampın adamının KRİTİK İrəvan səfəri – Paşinyanın XİLASI, yoxsa...

"ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfəri baş nazir Nikol Paşinyana seçkiqabağı dəstək mahiyyəti daşıyır. Rubionun səfəri cəmi bir neçə saat çəksə də, bu Vaşinqtonun Moskvaya göndərəcəyi mesaj üçün kifayətdir". Bu sözləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

AbzasMedia

Politoloqun fikrincə, Vaşinqton Rusiya rəsmilərinin Paşinyana qarşı ritorikasının sərtləşdirdiklərini və Kremlin radikal müxalifətə dəstəyinin artdığını müşahidə etdiyinə görə, Paşinyanı meydanda tək buraxmaq istəməyib.
Elxan Şahinoğlu həmçinin qeyd edib ki, Rubio Ermənistana Hindistandan gələcək: “Rubio Yeni Dehlidə olarkən ABŞ Prezidenti Donald Tramp Hindistanın ünvanına mesajlar göndərib. ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə ABŞ-nin Yeni Dehlidəki səfirliyində keçirilən yüksək səviyyəli qəbula telefonla qatılaraq “Hindistanın mənə və ölkəmizə 100 faiz etibar edə biləcəyini” vurğulayıb:

"“Əgər köməyə ehtiyac duysalar, hara zəng edəcəklərini bilirlər. Biz yaxşı iş görürük. Biz rekordlar qoyuruq. Bizim rekord iqtisadiyyatımız, rekord fond bazarımız var”, - deyə Ağ Ev sahibi əlavə edib. Hindistanın baş naziri Narendra Modinin böyük fanatı olduğunu bildirən Tramp iki dövlət arasında strateji tərəfdaşlığın gücləndirilməsi zərurətini bildirib. Eyni tədbirdə çıxış edən Marko Rubio Amerikanın qlobal rolunu vurğulayıb. ABŞ-ın Hindistandakı səfiri Serxio Qor ikitərəfli əlaqələrə nəticəyə yönəlmiş yanaşmanı vurğulayaraq, ABŞ-ın Corc Vaşinqton dövründən Prezident Trampa qədər qlobal “mayak” olaraq qaldığını və iki dövlətin lideri arasında sıx münasibətlərin qurulduğunu nümunə göstərib. Bütün bu açıqlamalar Hindistanın ABŞ və onun Sakit Okean bölgəsindəki müttəfiqləri ilə əlaqələri genişləndirməsinin təşviqi ilə əlaqəlidir. Çin Rusiya ilə strateji tərəfdaşdır. Vaşinqton Hindistanın bu ittifaqa qoşulmasını istəmir. Yeni Dehli xarici və təhlükəsizlik siyasətində balansa üstünlük verir. Hindistan Rusiya və Çinlə birgə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in üzvü olsa da, Yeni Dehli bir sıra məsələlərdə Moskva və Pekindən fərqli yanaşmaya malikdir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar təhlükəsizlik və qlobal məsələlərdə Hindistan-ABŞ əməkdaşlığının artdığını vurğulayıb. QUAD toplantısında dörd ölkə arasında əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunub".

Politoloqun sözlərinə görə təşkilata üzv ölkələr Çinin artan hərbi gücündən narahatdırlar: "Pekin isə QUAD təşkilatının Çinin inkişafını məhdudlaşdırmağa çalışdığı qənaətindədir. Marko Rubio ABŞ-ın dördlükdən dəniz təhlükəsizliyi və vacib minerallar kimi məsələlərdə “konkret tədbirlər” görməsinin zərurətini bildirib. Görüşün əsas nəticələrindən biri minerallarla bağlı çərçivə sənədinin qəbulu olub. Rubionun sözlərinə görə, bu çərçivə dörd ölkənin hər biri üçün etalon rolunu oynayacaq və kritik mineral təchizat zəncirlərini gücləndirmək üçün iqtisadi siyasət alətlərindən istifadəyə və investisiyaların əlaqələndirilməsinə imkan verəcək. Bu sıraya mineralların hasilatı, emal və birgə istifadəsi aiddir. Məsələ burasındadır dünyada nadir torpaq elementləri əsasən Çin ərazisindədir. Pekin isə verdiyi qərarla nadir torpaq elementlərinin ixracını məhdudlaşdırıb. Bu səbəbdən ABŞ və onun müttəfiqləri alternativ variantlar üzərində çalışmalar həyata keçirirlər".

Xalidə Gəray
Musavat.com

Seçilən
14
23
musavat.com

10Mənbələr