AZ

Lukaşenko Moldovanın suverenliyini itirə biləcəyi ehtimalından narahatdır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Moldova Sosialistlər Partiyasının sədri İqor Dodon ilə görüşü zamanı bildirib ki, Moldovanın suverenliyini itirə biləcəyi barədə səslənən fikirləri böyük narahatlıqla qarşılayır.

Bizimyol.info xəbər verir ki, bu baədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pul Pervogo” Telegram kanalı məlumat verib.

“Dostcasına olaraq Moldovanın suverenliyi və müstəqilliyi ilə bağlı suala cavab eşitmək istəyirəm. Son vaxtlar müxtəlif mənbələrdən Moldovanın az qala başqa bir dövlətin tərkibinə qatılmağa hazır olduğu barədə fikirləri tez-tez eşidirik. Açıq deyim ki, sizin ölkənizi sevən bir insan kimi bunu dəhşətlə eşidir və qəbul edirəm”, — deyə Lukaşenkonun qeyd edib.

Belarus lideri əlavə edib ki, “müstəqillik və suverenlik çox böyük dəyərə malikdir və bu, hər bir ölkə üçün ən vacib məsələdir”. “Mən həm səndən, həm də tərəfdarlarından çox xahiş edərdim ki, heç bir halda Moldova kimi çiçəklənən, gözəl, ölçüsünə görə kiçik olsa da dəyərli bir ölkənin məhv edilməsinə imkan verməyəsiniz”, — deyə prezident vurğulayıb.

Dodon çərşənbə axşamı Minskə səfər edib və Lukaşenko ilə görüşüb. Belarus prezidenti Moldovanı “göbək bağını kəsməməyə” və əvvəlki tərəfdaşlarını itirməməyə çağırıb.

SSRİ dağıldıqdan sonra Moldova müstəqilliyini elan edib. Bununla belə, qonşu Rumıniyanın bəzi siyasətçiləri Moldovanın ərazisini öz ölkələrinin bir hissəsi hesab edir və birləşmə ideyasını təşviq edirlər. Buxarest Kişinyovla birləşmə siyasətini təbliğ edən siyasi partiyaları Moldova hökumətinin səssiz razılığı ilə dəstəkləyir. Moldovanın hazırkı prezidenti Maya Sandu isə hesab edir ki, ölkəsinin Rumıniyanın tərkibinə daxil olması Kişinyovun Avropa İttifaqına daha sürətli inteqrasiyasına imkan verə bilər.

Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev mətbuata bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi ideyası Moldova hakimiyyətinin belə bir “anşlyus”u (ilhaq) təşviq etmək cəhdlərinə baxmayaraq, keçmiş sovet respublikasının əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr