AZ

“Neftçi” rəhbərliyi 2000 manatlıq vədini yerinə yetirdi

İki illik fasilədən sonra Avropa arenasına dönən «Neftçi»ni rəhbərlik növbəti dəfə sevindirib.

Premyer Liqada dördüncü yeri tutaraq Kofrans Liqasında iştirak hüququ qazanan «ağ-qaralar»a əlavə mükafat ayrılıb.

Oyunçuların hər biri 2000 manat əldə edib.

Bu, sırf «Karvan»la səfər matçına görə vəd olunan məbləğdir.

Belə ki, avrokuboklara vəsiqə verən «Sabah»la görüşdən öncə komanda üzvlərinə vəd olunub ki, indi 2000 manatı alın, Konfrans Liqasına getsək, bir bu qədərini də yenə alacaqsız.

Yevlaxda 2:0 hesabıyla qalib gələn, ardınca Masazırda 2:1 udan «ağ-qaralar» tapşırığı yerinə yetirdiyindən, rəsmilər onlara borclu qalmaq istəməyib.

SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr