Vingeri Murad Məmmədovla əməkdaşlığa son qoyduğunu dünən ictimaiyyətə çatdıran "Neftçi" daha 4 futbolçusu ilə vidalaşmaq üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar kamerunlu forvad Vensan Abubakar, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin, monteneqrolu yarımmüdafiəçi Edvin Kuç və dayaq yarımmüdafiəçisi Elvin Camalovdur.
Baş məşqçi Yuri Vernidub müqavilə müddətləri başa çatan bu futbolçuların növbəti mövsüm üçün planlarına daxil olmadığını bildirib. Klubla müqaviləsində "+1" bəndi olan Abubakarla yollar qarşılıqlı razılıq əsasında ayrılıbsa, eyni durumda olan Camalovla bu yöndə danışıq aparılır.
Xatırladaq ki, Misli Premyer Liqasındakı mübarizəni 4-cü pillədəı başa vuran "Neftçi" UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.
Nihat