AZ

"Neftçi" rəhbərliyi Abubakarla bağlı qərarını qətiləşdirdi

"Neftçi" rəhbərliyi kamerunlu hücumçu Vensan Abubakarla bağlı qərarını qətiləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, afrikalı ulduz ilə əməkdaşlığa son qoyulacaq.

Baş məşqçi Yuri Vernidub 34 yaşlı forvardın hazırlıq səviyyəsindən razı qalmayıb və rəhbərliyə növbəti mövsüm bu futbolçunun xidmətinə ehtiyac duymadığını bildirib. Sözügedən oyunçunun bakılılarla müqaviləsində "+1" bəndi olsa da, tərəflər əməkdaşlığı davam etdirməməklə bağlı qarşılıqlı razılığa gəliblər.

Abubakarla yolların ayrıldığının yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin oktyabrında azad agent qismində Bakı klubuna qoşulan Abubakar Premyer Liqa və Azərbaycan Kubokunda 18 matça çıxaraq  9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
4
fanat.az

1Mənbələr