AZ

Son anda səhv zolaqda olduğunu görən sürücü qəza şəraiti yaratdı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 23-də saat 17:10 radələrində qeydə alınıb. Belə ki, 10-RS-579 dövlət nömrə nişanlı “Haval” markalı avtomobilin sürücüsü düzgün zolaqda yerləşmədiyi seçmədiyi üçün qəfil sola manevr edib. Bu zaman o, arxadan gələn nəqliyyat vasitəsinin yolunu kəsərək qəza şəraiti yaradıb.

Kadrlardan görünür ki, sürücü yalnız sağa dönmə üçün nəzərdə tutulan zolaqda hərəkət edir və sola dönmək üçün qayda pozur.

Qeyd edək ki, belə hallar həm nəqliyyat axınının pozulmasına, həm də qəza riskinin artmasına səbəb olur. Sürücülərə hərəkətə başlamazdan əvvəl zolaq seçiminin düzgün aparılması və nişanlanma qaydalarına riayət edilməsi tövsiyə olunur.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr