Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadın vasitəçiliyi ilə Yaxın Şərqdəki münaqişənin həlli üzrə danışıqların davam etdiyi bir vaxtda Nyu-Yorka ikigünlük rəsmi səfərə gəlib.
"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı xəbər verib.
İ.Dar BMT Təhlükəsizlik Şurasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı məsələlərin müzakirəsində iştirak etməyi planlaşdırır.