AZ

Kılıçdaroğlunun A "komandası"nda bu adlar olacaq

CHP-nin 38-ci qurultayının ləğvi qərarından sonra yenidən partiya sədri olan Kamal Kılıçdaroğlunun A "komandası"nda kimlərin yer alacağı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Sinan Burhan məlumat yayıb.

O, qatıldığı verilişlərdən birində Kılıçdaroğlunun Mərkəzi İcra Komitəsinin (MYK) siyahısını paylaşıb.

Burhanın sözlərinə görə, bu siyahıda Orhan Sarıbal, Yıldırım Kaya, Bülent Kuşoğlu, Müslüm Sarı, Mehmet Tüm, Turan Aydoğan, Berhan Şimşek, Akif Hamzaçebi və Faiq Öztrakın adları yer alıb.

Seçilən
115
publika.az

1Mənbələr