AZ

Tacikistan Prezidenti: 2050-ci ilə qədər dünyada içməli suya tələbat 25% artacaq

BAKI, 26 may. TELEQRAF

2050-ci ilə qədər dünyada içməli suya olan tələbat ən azı 25 % artacaq.

Teleqraf xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon “Su dayanıqlı inkişaf üçün” mövzusunda keçirilən konfransda bəyan edib.

Dövlət başçısının sözlərinə görə, bu artım artmaqda olan dünya əhalisini təmin etmək üçün ərzaq istehsalının da 50 % artırılmasını tələb edəcək:

"Yaşıl sənaye, şəhərsalma, qida istehsalı və rəqəmsal infrastruktur da daxil olmaqla, yeni və sürətlə inkişaf edən sahələr su ehtiyatlarına olan tələbatı daha da artıracaq".

Seçilən
2
teleqraf.com

1Mənbələr