AZ

Boşanma və xəyanət videoları trendə çevrilir - Deputatdan həyəcan TƏBİLİ

""TikTok" və "YouTube" kanallarında ailədaxili münaqişələr sensasiyaya çevrilir. Boşanma, zorakılıq və xəyanət halları reytinq vasitəsi kimi təqdim olunur. Halbuki ailə institutu nə ideallaşdırılmalı, nə də nüfuzdan salınmalıdır. Sağlam münasibətlər, məsuliyyətli valideynlik və qarşılıqlı hörmət nümunələri daha geniş şəkildə təbliğ edilməlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının son iclasında deputat Zahid Oruc bildirdi.

O əlavə etdi ki, ölkəmizdə uğurlu ailə nümunələri yüz minlərlədir:

"Övladlarını savadlı və vətənpərvər ruhda böyüdən, yaşlılara qayğı göstərən, çətinliklərə baxmayaraq ailə birliyini qoruyan ailələr cəmiyyət üçün örnəkdir. Eyni zamanda şəhid və qazi ailələrinin dəyərlərini yaşadan, Qarabağ və Şərqi Zəngəzur bölgələrinə inamla qayıdaraq yeni ailə həyatı quran insanların nümunələrinin göstərilməsi ailə institutunun təbliği və xarici təsirlərdən qorunması baxımından olduqca önəmlidir".

NURİYYƏ

Seçilən
22
1
redaktor.az

2Mənbələr