AZ

Türkiyə klubu ulduz futbolçu transferinə hazırlaşır

Türkiyə Superliqasına vəsiqə qazanan “Amedspor” heyətini bir neçə tanınmış futbolçu qatmağı planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk dəfə yüksək liqada mübarizə aparacaq klub hazırda Marselo Brozoviçlə danışıqlar aparır.

“Əl-Nəsr”lə müqavilə müddəti qarşıdakı ayın sonunda başa çatacaq xorvat “Amedspor”dan yüksək maaş tələb edib. Tərəflər arasında danışıqlar davam etdirilir.

O, 2023-cü ildən Səudiyyə Ərəbistanı klubunda oynayırdı. Brozoviç “Lokomotiva”, “Dinamo”(Zaqreb), “İnter” klublarında çıxış edib.

 

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr