Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə həm MRT, həm də KT-dən istifadə edən vətəndaşlarla bağlı məlumat paylaşılıb.
Burada qeyd edilir ki, dövlət xəstəxanalarında MRT və KT-dən istifadə, yəni 20 faizlik müştərək maliyyələşmədən bir sıra şəxslər azaddırlar. Belə ki, həmin şəxslərə şəhid ailələri və müharibə veteranları, I və II dərəcəli əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alanlar, kimsəsiz uşaqlar, xroniki dövlət proqramındakı xəstələrin aid olduğu göstərilir.
Bu məlumat nə dərəcədə doğrudur, MRT və KT-dən istifadədə 20 faiz müştərək maliyyələşmə zamanı güzəşt tətbiq olunurmu?
Məsələ ilə bağlı İcbari Tibbi Sığortadan “Cebheinfo.az”-a bildirilib ki, Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən MRT və KT xidmətləri üzrə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyirlər:
“İxtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən MRT və KT xidmətləri üçün 20% faiz həcmində müştərək maliyyələşmə məbləği ödənilməlidir. Bu, bütün vətəndaşlara şamil olunur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
MRT KT
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.