AZ

Ən çox dedi qodu etməyi Bülent Ersoy SEVİRDİ

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli müğənni Seda Sayan açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi son vaxtlar şou-biznesdə əvvəlki kimi böyük dedi-qoduların qalmadığını bildirib. Onun sözlərinə görə, artıq insanların şəxsi həyatı sosial media vasitəsilə hər kəsə açıq şəkildə təqdim olunur.

Seda etiraf edib ki, yaxın zamanda ona çox ciddi bir dedi-qodu çatıb. Müğənni həmin hadisə zamanı telefonların belə toplandığını və bəzi görüntülərin silindiyini açıqlayıb. O, məsələ ilə bağlı detalları bölüşməsə də, bu hadisənin onu təəccübləndirdiyini deyib.

Türkiyəli sənətçi şou-biznes aləmində dedi-qodunu ən çox sevən şəxsin isə Bülent Ersoy olduğunu vurğulayıb.

Seda Sayanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər müğənninin açıqlamalarına müxtəlif reaksiyalar verərək şou-biznes dünyası ilə bağlı rəylərini bölüşüblər.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
news.milli.az

1Mənbələr