ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli müğənni Seda Sayan açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi son vaxtlar şou-biznesdə əvvəlki kimi böyük dedi-qoduların qalmadığını bildirib. Onun sözlərinə görə, artıq insanların şəxsi həyatı sosial media vasitəsilə hər kəsə açıq şəkildə təqdim olunur.
Seda etiraf edib ki, yaxın zamanda ona çox ciddi bir dedi-qodu çatıb. Müğənni həmin hadisə zamanı telefonların belə toplandığını və bəzi görüntülərin silindiyini açıqlayıb. O, məsələ ilə bağlı detalları bölüşməsə də, bu hadisənin onu təəccübləndirdiyini deyib.
Türkiyəli sənətçi şou-biznes aləmində dedi-qodunu ən çox sevən şəxsin isə Bülent Ersoy olduğunu vurğulayıb.
Seda Sayanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər müğənninin açıqlamalarına müxtəlif reaksiyalar verərək şou-biznes dünyası ilə bağlı rəylərini bölüşüblər.
Musa
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.