AZ

Rusiya Ukraynanı “İsgəndər”lə VURDU: Ölənlər var

Mayın 26-na keçən gecə Rusiya silahlı qüvvələri 2 ədəd “İsgəndər-M” ballistik raketi və 122 pilotsuz uçuş aparatından (PUA) istifadə etməklie Ukrayna ərazisinə kombinəedilmiş zərbələr endirib.

Musavat.com xəbər verir ki, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri səhər saatlarına olan məlumata görə, 111 dronun məhv edildiyini açıqlayıb.

Hücumun dəf edilməsi əməliyyatları səhər saatlarında da davam edib.

Mövcud məlumatlara görə, “İsgəndər-M” ballistik raketləri Rusiyanın Rostov vilayəti və Krım ərazisindən buraxılıb.

Ukrayna hərbçiləri HHM vasitələri ilə müxtəlif tipli (o cümlədən “Şahed”, “Gerbera”, “İtalmas” və s.) 111 pilotsuz uçuş aparatının vurulduğunu və ya zərərsizləşdirildiyini bildiriblər.

Bununla belə, 9 zərbə dronu və raketin 11 obyektə dəydiyini, həmçinin 3 fərqli məkanda qalıqların düşdüyü qeydə alınıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bəyan edib ki, zərbələr Xarkov şəhərinə və bölgənin daha 14 yaşayış məntəqəsinə dəyib.

Hücumlar nəticəsində 3 nəfər həlak olub, daha 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr