ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “Cappuccino&Catenaccio Show” podkastında danışan mütəxəssis Azərbaycandakı gənc oyunçulardan söz açıb:
“Ötən il Azərbaycanda əvəzedici komandaların oyunlarını izlədim. Burda istedadlı uşaqlar həddindən artıq çoxdur. Çalışmaq lazımdır ki, gənclər itib-batmasın”.
Berdıyev 2024-cü ilin yayından “Turan Tovuz”u çalışdırır. Komanda onun başçılığı altında bu mövsüm liqanı üçüncü sırada bitirib və Konfrans Liqasına vəsiqə qazanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.