AZ

Altı illik fasilədən sonra ilk...

Altı illik fasilədən sonra Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, mayın 26-da saat 08:41-də ilk qatar Tbilisiyə çatıb.

Bakıdan gələn ilk qatarı Tbilisi stansiyasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani və Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze qarşılayıblar.

İlk reysin sərnişinləri arasında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov da var idi.

Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bağlanmış razılaşmaya əsasən, hər gün həyata keçiriləcək. Tərəflər bu razılığa Gürcüstan Baş nazirinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakla bağlı Azərbaycana səfəri çərçivəsində gəliblər.

Qatar saat 23:10-da Bakıdan Tbilisiyə yola düşür və ertəsi gün saat 08:41-də təyinat nöqtəsinə çatır. Tbilisidən Bakıya gedən qatar isə saat 21:00-da yola düşəcək və ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Yeni planlaşdırılan reysə Azərbaycan Dəmir Yollarına məxsus “Stadler” qatarı xidmət göstərəcək. Qatarın Tbilisi ilə yanaşı, Gürcüstanın Qardabani şəhərində, Azərbaycanda isə Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacağı artıq məlumdur.

Bakı ilə Tbilisi arasında 6 ildir dəmir yolu əlaqəsi yoxdur. Diqqətəlayiq haldır ki, Bakıdan Tbilisiyə ilk uçuş 26 may, Gürcüstanın Müstəqillik Günündə həyata keçirilib.

Seçilən
5
4
ikisahil.az

5Mənbələr