AZ

İran ordusu ABŞ və İsraili yeni müharibə ilə hədələdi

BAKI, 26 may. TELEQRAF

“Müharibə yenidən başlayacağı təqdirdə İran Silahlı Qüvvələrinin cavabı əvvəlkindən daha sərt olacaq”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçi deyib.

“İran müharibəyə hazırdır, ABŞ və ya İsrailin yeni hücumu halında hədəflərini əvvəlcədən müəyyən edib. İranın mümkün cavabları əvvəlkilərdən fərqli olacaq, sürpriz və yeni taktikaları əhatə edəcək”, - o bildirib.

Şikarçi yeni mümkün müharibənin miqyasının regiondan kənara çıxa biləcəyi ilə hədələyib.

“Əgər müharibə zamanı neft ixracına maneə yaradılsa, İran da eyni addımı atacaq”, - ordu sözçüsü əlavə edib.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr