AZ

Rüfət Abbasov “Şamaxı”ya bu sözlərlə vida etdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Rüfət Abbasov “Şamaxı” klubundan ayrılmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:

“Şamaxı”da keçirdiyim bu iki il mənim üçün sadəcə futbol deyil, həm də böyük təcrübə və unudulmaz xatirələr oldu. Mənə güvənən, inanan və hər zaman dəstək olan klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarıma və bütün klub ailəsinə səmimi təşəkkürümü bildirirəm. Burada qazandığım hər anı və öyrəndiyim hər şeyi özümlə aparıram”, – deyə o bildirib.

Müdafiəçi azarkeşlərə də təşəkkür edib: “Eyni zamanda, hər oyunda yanımızda olan, yaxşı və çətin günlərdə dəstəyini əsirgəməyən azarkeşlərə xüsusi təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün hər zaman çox dəyərli oldu. Bu formanı daşımaq mənim üçün qürur idi. “Şamaxı” Futbol Klubuna gələcəkdə daha böyük uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

Xatırladaq ki, Rüfət Abbasov “Neftçi”nin yetirməsidir. O, “Şamaxı”ya 2024-cü ildə paytaxt klubunun əvəzedicilərdən ibarət komandasından ayrılaraq keçmişdi. 21 yaşlı futbolçu əyalət klubunun heyətində 74 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Rüfət Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib. 2025-ci ildə isə o, əsas millimizdə debüt edib.

Abbasovun “Şamaxı”nı tərk etməsinin keçmiş klubu “Neftçi”dən sərfəli təklif alması ilə bağlı olduğu iddia edilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
9
9
arena.az

10Mənbələr