
“İranın zənginləşdirilmiş uranı ya dərhal ABŞ-yə təhvil verilməli, ölkəyə gətirilməli və məhv edilməli, ya da İranla koordinasiyalı şəkildə yerində və ya başqa məqbul bir məkanda məhv olunmalıdır”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
O əlavə edib ki, prosesə Atom Enerjisi Komissiyası və ya ona bərabər beynəlxalq qurumun şahidlik etməsi nəzərdə tutulur.
Daşqın Həsənov
Missiya.Az