Qətərin vasitəçiliyi sayəsində ABŞ və İran Tehranın dondurulmuş maliyyə aktivləri ilə bağlı anlaşma əldə ediblər.
Azpost.info-nun məlumatına görə, bu barədə “Əl-Cəzirə” Dohada yüksək vəzifəli İran nümayəndə heyəti ilə rəsmilər arasında aparılan danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu məsələnin həlli İran tərəfi üçün fundamental əhəmiyyət kəsb edir. Uğur ABŞ və İran arasında rəsmi razılaşmanın sabah elan olunma ehtimalını xeyli artırır.