AZ

İngiltərə nəhəngləri ulduz futbolçuya elçi düşdü

İngiltərənin “Liverpul” və “Arsenal” klubları PSJ-nin hücumçusu Bredli Barkola ilə maraqlanır. Metbuat.az xəbər verir ki, fransalı futbolçu yay transfer pəncərəsində klubunu tərk edə bilər və bu səbəbdən Premyer Liqa nəhəngləri vəziyyəti yaxından izləyir. Bildirilir ki, hər iki klub Barkolanı hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi görür və yaxın zamanda rəsmi addımlar ata bilər.

Qeyd olunur ki, PSJ rəhbərliyi hələlik futbolçu ilə bağlı yekun qərar verməyib, lakin yaxşı təklif olacağı halda transfer mümkün sayılır.

Seçilən
24
metbuat.az

1Mənbələr