
ABŞ və İran hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının gəmiçilik üçün açılmasını nəzərdə tutan planı müzakirə edirlər.
AFN.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, sazişin imzalanmasından sonrakı 30 günlük keçid dövründə İran boğazı dəniz minalarından tamamilə təmizləməyi öhdəsinə götürür. Bu müddət bitdikdən sonra bütün ölkələrin gəmiləri marşrut üzrə təhlükəsiz hərəkəti bərpa edə biləcək və Tehran tranzit rüsumlarının yığılmasını dayandıracaq.
Mənbə həmçinin əlavə edib ki, tərəflərin aprelin əvvəlində razılaşdırdığı atəşkəs rejimi daha 60 gün müddətinə uzadılacaq. Bu iki aylıq fasilədən İranın nüvə proqramı üzrə birbaşa danışıqların aparılması üçün istifadə edilməsi planlaşdırılır.