Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində ağacların gecə ilə kəsildiyi iddia edilir.
Axar.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, ünvandakı ağaclar avtomobil təmiri sexinin ərazisini genişləndirmək məqsədi ilə gecə ilə kəsilib.
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirdi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan fakt dərhal araşdırılıb:
Qafar Ağayev qeyd edib ki, avtomobil sexinin icaradarı Fərhad Fərhadov barəsində qanuna müvafiq tədbirlər görülür. Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.