AZ

Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək

Mik Şumaher mayın 24-də keçiriləcək “İndianapolis 500” yarışında atası, “Formula-1” üzrə dünya çempionatının yeddiqat qalibi Mihael Şumaherə həsr olunan dəbilqədə çıxış edəcək.

Qırmızı rəngdə olan dəbilqə böyük Şumaherin 2006-cı ildə geydiyi baş geyimini xatırladır. Dəbilqənin zirvəsində 7 ulduz yer alıb – bunlar alman pilotun çempionluqlarına işarədi.

Xatırladaq ki, Mihael 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılıb və ağır kəllə-beyin zədəsi alıb. O, uzun müddət komada olub, süni nəfəs aparatına qoşulub. Əfsanəvi pilotun ailəsi onun sağlamlıq vəziyyəti ilə bağlı təfsilatı heç vaxt açıqlamır.

Seçilən
33
1
football-plus.az

2Mənbələr