Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Mik Şumaher mayın 24-də keçiriləcək “İndianapolis 500” yarışında atası, “Formula-1” üzrə dünya çempionatının yeddiqat qalibi Mihael Şumaherə həsr olunan dəbilqədə çıxış edəcək. Qırmızı rəngdə olan dəbilqə böyük Şumaherin 2006-cı ildə geydiyi baş geyimini xatırladır. Dəbilqənin zirvəsində 7 ulduz yer alıb – bunlar alman pilotun çempionluqlarına işarədi.Xatırladaq ki, Mihael 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılıb və ağır kəllə-beyin zədəsi alıb. O, uzun müddət komada olub, süni nəfəs aparatına qoşulub. Əfsanəvi pilotun ailəsi onun sağlamlıq vəziyyəti ilə bağlı təfsilatı heç vaxt açıqlamır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.