AZ

Ödənişli yolda avtomobil aşdı: yaralananlar var

Bakı–Quba–Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda qəza baş verib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, yolun Şabran rayonu ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton arakəsməyə çırpılıb və aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Seçilən
103
14
publika.az

10Mənbələr