AZ

Ödənişli yolda maşın aşdı- YARALILAR VAR

Bakı–Quba–Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda qəza baş verib.
ONN media xəbər verir ki, yolun Şabran rayonu ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton arakəsməyə çırpılıb və aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır
Seçilən
106
13
onn.az

10Mənbələr