Boliviya prezidenti Rodriqo Pas hökumət əleyhinə etirazların yaratdığı təchizat fasilələri fonunda cəmiyyəti dəstəkləmək üçün özü və nazirlərinin maaşlarını 50% azaldacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, paytaxt Sukredə keçirilən tədbirdə bildirib.
"Sizə bildirmək istəyirəm ki, nazirlərim və mən ölkəyə olan öhdəliyimizə əsasən, Boliviyanın səylərinə açıq şəkildə töhfə vermək üçün maaşları 50% azaltmaq qərarına gəldik", - deyə Pas qeyd edib.
Pas maaşların azaldılmasının aşağı vəzifələrdə çalışan digər dövlət qulluqçularına təsir etməyəcəyini əlavə edib.
Dövlət başçısı həmçinin dialoqa açıq olduğunu, lakin yalnız danışıqlar aparmaq istəyənlərlə olduğunu bildirib.
Boliviyada bir neçə həftədir ki, hökumət əleyhinə etirazlar davam edir və ölkə daxilində yolların bağlanması ilə müşayiət olunur.
Hakimiyyət orqanları təchizat fasilələrinə və iğtişaşlara görə keçmiş prezident Evo Moralesin tərəfdarlarını günahlandırır.