AZ

Roma Papası süni intellekt barədə bəşəriyyəti xəbərdar edib

Roma Papası XIV Leonun süni intellekt mövzusunda ensiklikası dərc olunub. “Magnifica humanitas – süni intellekt dövründə insanın şəxsiyyətinin qorunması” adlı altında Vatikanın rəsmi saytında dərc olunan sənəd süni intellektin təhlükələri barədə xəbərdar edir.

“İki sahil” xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“Bütün əzəməti ilə Tanrı tərəfindən yaradılmış bəşəriyyət bu gün həlledici seçim qarşısındadır: ya yeni Babil qülləsi inşa edəcək, ya da Tanrı ilə bəşəriyyətin birlikdə yaşayacağı bir şəhər quracaq”,-deyə ensiklikanın əvvəlində deyilir.

Roma Papası öz müraciətində bildirir ki, süni intellekt mahiyyət etibarilə şər deyil və bəşəriyyətə düşmən qüvvə hesab oluna bilməz. Bununla yanaşı, o vurğulayır ki, texnologiya neytral olmur, çünki onu hazırlayan, maliyyələşdirən, tənzimləyən və istifadə edənlərin xüsusiyyətlərini özündə əks etdirir.

Papa təkid edir ki, süni intellekt texnologiyalarının azsaylı insanların əlində cəmləşməsinə yol vermək olmaz. Onun sözlərinə görə, bu, rəqəmsal inqilaba qoşulanlarla ondan kənarda qalanlar arasında uçurumu daha da dərinləşdirəcək. Texnologiyaların istifadəsi ictimai nəzarət altında olmalıdır ki, əsas prinsip yalnız mənfəət deyil, hər bir insanın ləyaqəti və bütün insanların ümumi rifahı olsun.

Seçilən
17
ikisahil.az

1Mənbələr