Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Placemaking Azerbaycan”ın təşkilatçılığı ilə, WUF13 Azərbaycan və BMT-Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində Elm və Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə Tofiq İsmayılov adına 6 nömrəli liseydə “Uşaq dostu şəhər məkanları: daha təhlükəsiz məhəllələr” mövzusunda məktəb seminarı təşkil olunub.
Seminarda təxminən 30 şagird, məktəbin psixoloqu Aqil Mübariz, liseyin müəllim heyəti, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən polis kapitanı Pərvanə Polis Muradova, 188 saylı məktəbin müəlliməsi Nuranə Hüseynli, İspaniya Beynəlxalq Piyadalar Federasiyasının layihə koordinatoru Alan Raposo və “Placemaking Azərbaycan”ın qurucusu-direktoru Aytən Hüseynli iştirak edib. Tədbir həmçinin AUC 2026 müzakirələri ilə əlaqələndirilib.
Sessiya zamanı Aytən Hüseynli, Pərvanə Muradova, Aqil Mübariz şagirdlərlə təhlükəsiz küçələr, təmiz və inklüziv ictimai məkanlar, uşaqlar üçün rahat şəhər mühiti və məsuliyyətli davranış mövzularında interaktiv müzakirələr aparılıb. Menti sorğusunun nəticələri uşaqların təhlükəsizlik, təmizlik və ictimai məkanların keyfiyyəti ilə bağlı yüksək məlumatlılığını nümayiş etdirib. Qonaq Alan Raposo İspaniya və Azərbaycan şəhərsalması, mühiti barədə fərqlilikləri bildirib, Bakı şəhərinin nə qədər təhlükəsiz, təmiz olduğu barədə əlavələrini edib.
Tədbirdə bir daha vurğulanıb ki, uşaqlar şəhərlərin sadəcə istifadəçiləri deyil, onların formalaşmasında mühüm fikir sahibi olan iştirakçılardır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.