AZ

ÇL: "Fənərbaxça"nın potensial rəqibləri bəlli oldu

“Fənərbaxça”nın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Apasport.az xəbər verir ki, oyunları iyulun 21-22-də keçiriləcək mərhələdə “sarı-lacivərdlilər” Şotlandiyanın “Harts” və ya Polşanın “Qornik Zabje” komandalarından biri ilə üz-üzə gələcək.

İstanbul təmsilçisi bu mərhələni adlayacağı təqdirdə, III təsnifat mərhələsində Belçikanın “Yunion”, Niderlandın “NEK Neymegen” və ya Avstriyanın “Şturm Qraz” klublarından biri ilə qarşılaşacaq.

Xatırladaq ki, ötən gün "Aston Villa"nın İngiltərə Premyer Liqasında 4-cü yeri tutması "Fənərbaxça"nın yolunu açıb. "Şirlər" həmçinin Avropa Liqasının qalibi olduğu üçün Türkiyə klubunun səpələnmişlər səbətində yer alacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.

FIFA referilərimizə təyinat

AL: "Aston Villa" çempion! - YENİLƏNİB

Azərbaycan üçün avrokuboklar NƏ ZAMAN BAŞLAYIR?

U-21 Türkiyədə 2 yoldaşlıq oyunu keçirəcək

Felipe Santos milliyə dəvət aldı

Seçilən
20
apasport.az

1Mənbələr