AZ

“İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) 2026 adlı beynəlxalq foto müsabiqəyə müraciət açıq elan olunub

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) adlı foto müsabiqə 14–25 yaş arası gənclər üçün dünyanın istənilən yerindən iştirak imkanı yaradır. Qeyd edək ki, bu müsabiqə 2018-ci ildə Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılıb və artıq 8-ci ildir ki, keçirilir.Mövzu: “İpək Yolları boyunca yaşayan irs”Son müraciət tarixi: 30 iyun 20262 yaş kateqoriyası: 14–17 yaş və 18–25 yaş

Gənclər fotoqrafiya vasitəsilə ortaq mədəni irsimizi əks etdirərək sülh və anlayışa töhfə verməyə dəvət olunurlar. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən 60-a yaxın fotoşəkillər səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, seçilmiş fotoşəkillər peşəkar fotoalbomda nəşr olunacaq.

Mükafatlar:

1-ci yer – Peşəkar fotoaparat2-ci yer – Yarım-peşəkar fotoaparat3-cü yer – Standart rəqəmsal fotoaparat

Azərbaycanın gənc fotoqraflarını müsabiqədə iştirak etməyə dəvət edirik.

Ətraflı məlumat və müraciət üçün: www.unescosilkroadphotocontest.org

UNESCO İpək Yolları Gənclərin Gözü ilə foto albomu

“İpək Yolları Gənclərin Gözü ilə”  Beynəlxalq Foto Müsabiqəsinin əvvəlkiburaxılışlarına aid foto albomlarına  buradan baxa bilərsiniz.

İştirak üçün: https://www.unescosilkroadphotocontest.org/en/node/3

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
bizimyol.info

1Mənbələr