AZ

Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı gizli planı yayıldı

BAKI, 25 may. TELEQRAF

“Xronika Kafkas” Teleqram kanalı Rusiya xüsusi xidmət orqanının əməkdaşının haker hücumuna məruz qalmış telefonundan sızdırılmış gizli sənədlərdən ibarət eksklüziv paket əldə edib. Sənədlərdə iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə və Baş nazir Nikol Paşinyanı devirmək strategiyası ətraflı şəkildə əks olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, bu sənədlər bir daha Rusiya xüsusi xidmət orqanlarının strategiyalarını, təbliğat metodlarından və mövcud hökumətə qarşı sistematik hücumlardan tutmuş risklərin və imkanların dərin təhlilinə qədər ətraflı təsvir edir:

“Bu ssenarilərin əsas məqsədi Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün zəncirvari hadisələr həyata keçirməkdir. Bundan əlavə, ələ keçirilən materiallarda ölkədəki bir neçə müxalifət partiyasının gizli maliyyələşdirilməsi, koordinasiyası və isitifadəsi ilə bağlı verilən təlimatlar yer alır.

Məsələn, mənbə təhlükəsizlik qüvvələrinin Nikol Paşinyana güclü sədaqəti, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasında parçalanma və komandada panika olmaması səbəbindən daxili çevriliş (1998-ci il modelinə bənzər) və ya baş nazirin impiçmenti ehtimalını “sıfır” olaraq qiymətləndirir. Kəşfiyyat analitikləri həmçinin baş nazirin könüllü və ya genişmiqyaslı küçə etirazlarının təzyiqi altında istefa vermə ehtimalını qeyri-mümkün hesab edirlər.

Nəticədə xüsusi xidmət orqanları sərt və ya vaxtından əvvəl hakimiyyətin ötürülməsi variantlarını istisna edərək, planlarını həyata keçirmək üçün yeganə mümkün və ən perspektivli ssenarinin 7 iyuna təyin olunmuş parlament seçkiləri və hamının Nikol Paşinyana qarşı birləşməli olduğu qənaətinə gəliblər.

“Qafqaz Xronikası”nın dərc etdiyi məxfi hesabatda deyilir ki, Moskva Ermənistan cəmiyyətini üç seçki seqmentinə bölür və burada əsas hədəf əhalinin 70 faizini təşkil edən “qırmızı zona”dır - Paşinyana qarşı olan, amma əvvəlki liderlərin geri qayıtmasını istəməyən insanlar. Bu böyük kütləni cəlb etmək üçün Rusiya tərəfi oliqarx Samvel Karapetyana güvənir və onu “erməni İvanişvili” adlandırır. İvanişvili yeni “üçüncü qüvvə” yaratmalı və müxalifət meydanını vahid ittifaqda birləşdirməlidir.

Plana görə, bu böyük ittifaqa (“dördlük”) Samvel Karapetyanın yeni partiyası “Ana Ermənistan”, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası, kilsə və “Vətəndaş Platforması” daxildir.

Sənədlərdə qeyd olunur ki, Eçmiədzindəki yerli seçkilər ilk sınaq dövrü kimi seçilib və burada əsas zərbəni “Güclü Ermənistan” vurmalıdır ki, uğursuzluq halında Samvel Karapetyanın reytinqi aşağı düşməsin.

Analitiklər Vaqarşapatı əsas məqam kimi qeyd edərək, bu seçkilərin “Ermənistanın mənəvi paytaxtının azad edilməsi prosesi”nə çevrilməli olduğunu bildiriblər. Mətndə deyilir ki, İrəvan və Gümrüdə yerli özünüidarəetmə orqanlarına seçkilərdə uğurlu təcrübəyə malik “Ana Ermənistan” Partiyası Eçmiədzindəki seçkilərdə iştirak etməlidir".

Həmçinin rusiyalı strateqlər Robert Köçəryan və Serj Sərkisyanın düşərgələrində dərin parçalanma qeydə alıblar, onların mövcud hökumətdən daha çox bir-birinə qarşı mübarizə apardıqlarını və onları ya Karapetyanın liderliyini qəbul etməyə, ya da tamamilə kənarlaşdırılmağa məcbur etməyi planlaşdırdıqlarını qeyd edirlər.

Məlumata görə, kuratorlar Serj Sərkisyanı əsas dağıdıcı element hesab edirlər, o, kürəkəni Mikael Minasyanı texniki fiqurları Arman Tatoyan və Ruben Mxitaryan vasitəsilə seçki meydanında irəli aparmaq üçün Robert Köçəryanı oyundan çıxarmağa çalışır”.

Seçilən
13
teleqraf.com

1Mənbələr