AZ

Rubionun Ermənistana səfəri Paşinyanın seçki kampaniyasının bir hissəsidir Müxalifət

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ABŞ dövlət katibi Marko Rubionun mayın 26-na planlaşdırılan İrəvan səfərini baş nazir Nikol Paşinyanın seçki kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, müxalif “Ermənistan” blokunun lideri olan Köçəryan bildirib ki, Vaşinqton Paşinyanın parlament seçkilərində məğlub olmaması üçün hər şeyi etməyə çalışır.

Köçəryan həmçinin ABŞ-ın Ermənistanda ciddi maraqlarının olmadığını iddia edib. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi İranla sərhədə nəzarəti gücləndirmək və Rusiyanın bölgədəki təsirini zəiflətməkdir. Sabiq prezident əlavə edib ki, ABŞ bölgədə Rusiyanı Türkiyə ilə əvəz etməyə çalışır və bunun Ermənistanın maraqlarına uyğun olmadığını düşünür.

Ermənistan Xarici İşlər Nazirliyi mayın 25-də Marko Rubionun İrəvana səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində Rubio xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək, tərəflərin ikitərəfli sənədlər imzalaması və mətbuata bəyanatlarla çıxış etməsi planlaşdırılır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr