AZ

Coy-Lens Mikels xüsusi mükafata layiq görüldü – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bombardiri olan Coy-Lens Mikels PFL tərəfindən mükafatlandırılıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu gün almaniyalı futbolçuya xüsusi hədiyyə təqdim olunub. Ona mükafatı PFL prezidenti Elxan Səmədov təqdim edib.

Qeyd edək ki, “Sabah”ın almaniyalı hücumçusu 19 qolla Premyer Liqada son mövsümün ən sərrast futbolçusu olub.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens 2024-cü ilin yayında yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerin “bayquşlar”la bu ilin yayınadək müqaviləsi mövcuddur. O, “Sabah”da bütövlükdə 139 oyuna 72 qol və 33 məhsuldar ötürmə müəllifi olub.

Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb.

Sonda onu da qeyd edək ki, Mikelsin “Sabah”dan ayrılmağa hazırlaşdığı vurğulanır. Klub ona yeni müqavilə təklif etsə də, almaniyalı hücumçu bundan sonrakı karyerasını fərqli komandada davam etdirməkdə maraqlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
5
arena.az

10Mənbələr