AZ

Qəbul imtahanı asan oldu: “Onların nəticələri yaxşılaşacaq”

Dünən keçrilən qəbul imtahanında sualların səviyyəsini keçən illə müqayisədə nisbətən asan qiymətləndirirəm.

Bu, təsadüfi deyil. Buraxılış imtahanının qismən daha ağır olması nəzərə alınsa, qəbul imtahanında müəyyən balansın gözlənilməsi əvvəlcədən aydın idi və biz bu barədə şagirdlərimizə də məlumat vermişdik.

Bu sözləri AzEdu.az-a açıqlamasında "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursu olan Xəzri Muradov söyləyib. 

183586

Müsahibimiz qeyd edib ki, ədəbiyyat suallarının müəyyən hissəsində qismən çətinlik hiss olunsa da, ümumi mənzərəni müsbət qiymətləndirirəm:

"Əgər bu imtahan da ağırlaşdırılsaydı, nəticələrdə ciddi enmələr, hətta bəzi hallarda 50-100 ballıq fərqlər yarana bilərdi ki, bu da universitetlər üzrə ümumi keçid göstəricilərinə və reytinqlərə təsirsiz ötüşməzdi. Bu səbəbdən hesab edirəm ki, suallar orta balans çərçivəsində hazırlanmışdı.

Ədəbiyyat suallarının müəyyən hissəsində qismən çətinlik hiss olunsa da, ümumi mənzərəni müsbət qiymətləndirirəm. Azərbaycan dili üzrə isə demək olar ki, bütün tip sualların bənzərlərini əvvəlcədən məşğələlərimizdə işləmişdik. Diqqət etsəniz, Azərbaycan dili bölməsində şagirdlərin əksəriyyəti daha uğurlu nəticələr göstərib, ədəbiyyatda isə müəyyən qədər axsamalar müşahidə olunur.

Bunun əsas səbəbi ondan ibarətdir ki, ədəbiyyat yalnız qayda və məntiq deyil, daha çox mütaliə tələb edən fəndir. Burada əsas yük və məsuliyyət şagirdin üzərinə düşür. Verilən tapşırıqları mütəmadi oxuyan və hazırlıqlı olan şagirdlər daha yüksək nəticələr əldə etdilər.

Bütün abituriyentlərə uğurlar arzulayıram. Hər şey yaxşı olacaq. Düşünürəm ki, yay imtahanında da bu balans qorunacaq. Panikaya ehtiyac yoxdur, bərabər imkanlar saxlanılacaq".

Seçilən
9
azedu.az

1Mənbələr