AZ

"Ya böyük bir anlaşma olacaq, ya da ümumiyyətlə olmayacaq" - TRAMP

Donald Tramp sosial media hesabında İran ilə aparılan danışıqlar prosesi barədə paylaşım edib.


Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, “İranla əldə olunacaq razılaşma ya böyük və əhəmiyyətli saziş olacaq, ya da ümumiyyətlə heç bir saziş imzalanmayacaq”.

Donald Tramp açıqlamasında bunları da qeyd edib:

“Bu saziş uğursuz Barak Obama administrasiyasının danışıqlar apardığı və İrana nüvə silahına aparan birbaşa, açıq yol təqdim edən fəlakətli anlaşmanın tam əksi olacaq. Xeyr, mən belə razılaşmalar bağlamıram!

İranla əldə etməyə çalışdığım mümkün saziş barədə heç nə bilməyən bütün demokratlara istehza edirəm. Onlar hələ müzakirə olunmamış məsələlər barədə danışırlar.

Həmin şəxslər daim uğursuz siyasəti və daha zəif namizədləri dəstəkləyirlər, eyni zamanda mənim qazandığım bütün mühüm uğurları fasiləsiz şəkildə tənqid edirlər”.

Seçilən
14
manset.az

1Mənbələr